Beynəlxalq müşahidəçi: "Məntəqələr beynəlxalq standartlara uyğundur"

      Beynəlxalq müşahidəçi:    "Məntəqələr beynəlxalq standartlara uyğundur"
  07 Fevral 2024    Oxunub:1052
Azərbaycanın Moskvadakı səfirliyində yaradılan seçki məntəqələri bütün beynəlxalq standartlara cavab verir.
Bunu jurnalistlərə açıqlamasında növbədənkənar prezident seçkilərini izləyən beynəlxalq müşahidəçi Şabdanbek Əlişov Rusiya paytaxtında səsvermənin gedişinin monitorinqindən sonra bildirib.

“Mən Moskvada Azərbaycan səfirliyində yaradılan iki seçki məntəqəsində olmuşam. Məntəqələr texniki baxımdan yaxşı təchiz edilib, bütün beynəlxalq standartlara uyğundur. İnsanlar kifayət qədər fəaldırlar”, - deyə o vurğulayıb.

Ş.Əlişov əlavə edib ki, prezident seçkilərini Azərbaycanda və dünyanın 10 ölkəsində MDB Parlamentlərarası Assambleyasından 38 nümayəndə müşahidə edir. “MDB PA-ya daxil olan məlumata əsasən, bütün seçki məntəqələrində səsvermənin təşkili qanunla müəyyən edilən standartlara uyğundur”, - deyə müşahidəçi əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti