Rus general qalmaqallı görüntülərdən sonra xidmətdən uzaqlaşdırıldı - VİDEO

Rus general qalmaqallı görüntülərdən sonra xidmətdən uzaqlaşdırıldı    - VİDEO
  07 Fevral 2024    Oxunub:894
Federal Gömrük Xidməti (FTS) Kalininqrad otelində baş verən dava xəbərindən sonra logistikanın rəhbəri Oleq Zavqorodnıyı işdən çıxarıb.
AzVision.az xəbər verir ki, bu barədə RBK Federal Gömrük Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qurumun yaydığı məlumatda qeyd edilir ki, general Zavqorodnıy fevralın 6-da öz istəyi ilə istefa ərizəsi yazıb.

Xatırladaq ki, fevralın 5-də KİV-də FTS-nin iki generalının Kalininqrad otellərindən birində dava salması barədə məlumat yayılmışdı. İnternetə sızan videoda Federal Gömrük Xidmətinin general-leytenantı Oleq Zavqorodnıya bənzəyən şəxsin əvvəlcə otel işçisi ilə üz-üzə gəlməsi əks olunub. Daha sonra isə onun polis bölməsinin döşəməsində sərxoş halda uzanmasını əks etdirən görüntü yayıldı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti