BMT: "Yaxın Şərqdə vəziyyət kritikdir"

      BMT:    "Yaxın Şərqdə vəziyyət kritikdir"
  07 Fevral 2024    Oxunub:941
Beynəlxalq Millətlər Təşkilatının İraqa yardım missiyası regiondakı vəziyyətlə bağlı bəyanat yayıb.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin İraq missiyasının (UNAMI) rəhbəri Janin Hennis-Plasxart Təhlükəsizlik Şurasında çıxışı zamanı söyləyib.

"Qəzza zolağında şiddətlənən müharibə, min cür problemlə boğuşan İraqda başlayan yeni böhran, eləcə də regionun digər ərazilərindəki əməliyyatlar nəticəsində Yaxın Şərq kritik vəziyyət hökm sürür. Bütün hücumlar dərhal dayandırılmalıdır", - xanım rəhbər bildirib.

O vurğulayıb ki, "İraqda əlverişli mühit və sabitliyin bərpası üçün tərəflər təmkinini qorumalıdırlar".

Firudin Həmidli
AzVision.az


Teqlər: BMT   İraq   missiya   xəbərdarlıq  





Xəbər lenti