İrəvan Litva ilə 2024-cü il üçün hərbi əməkdaşlıq proqramı imzalayıb

İrəvan Litva ilə 2024-cü il üçün hərbi əməkdaşlıq proqramı imzalayıb
  07 Fevral 2024    Oxunub:729
Ermənistan və Litvanın müdafiə nazirlikləri 2024-cü il üçün əməkdaşlıq proqramına dair sənəd imzalayıblar.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Mdüafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, fevralın 6-da Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində iki ölkənin müdafiə nazirlikləri arasında ikitərəfli müdafiə məsləhətləşmələri keçirilib.

Nazirliyin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan Litvanın Milli Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr və Fəaliyyət Qrupunun rəhbəri Algirdas Norkusu təhlükəsizlik məsələləri və müdafiə sahəsində aparılan islahatlarla bağlı məlumatlandırıb: "Ermənistan və Litva arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı tərəqqisi və perspektivləri də müzakirə edilib, bir sıra razılaşmalar əldə olunub."

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti