Türkiyənin ilk kosmonavtının Yerə qayıdışı başlayıb

   Türkiyənin ilk kosmonavtının Yerə qayıdışı başlayıb
  07 Fevral 2024    Oxunub:808
Türkiyənin ilk astronavtı Alper Gezeravcının daxil olduğu “Axiom-3” komandası “Dragon” kapsulu ilə Beynəlxalq Kosmik Stansiyadan ayrılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların təxminən 48 saat ərzində Yerə çatması gözlənilir.

Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyadan ayrılmadan əvvəl etdiyi son çıxışında bildirib ki, Türkiyənin ilk insanlı kosmos missiyasını yerinə yetirdiyi üçün qürur duyur:

"Ümid edirəm ki, bu missiya gələcəyimizin qarantı olan əziz gənclərimiz üçün ruhlandırıcı olacaq".

AzVision.az


Teqlər:





Xəbər lenti