Zaxarova erməni jurnalisti yerinə oturtdu

   Zaxarova erməni jurnalisti yerinə oturtdu
  07 Fevral 2024    Oxunub:971
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü mətbuat konfransında erməni jurnalist-təxribatçını layiqli cavabını verib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, erməni jurnalist İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması mövzusuna toxunub. O, qəfildən guya Azərbaycan tərəfindən törədilən “Qarabağda İkinci Dünya Müharibəsi qəhrəmanlarının abidələrinin və məzarlarının təhqir olunması ilə bağlı mötəbər faktlar”a keçib.

“Əgər bu məsələ ilə bağlı materiallarınız varsa, mənə çatdırın, sonra şərh edəcəyəm”, - deyə Zaxarova cavab verib.

Qeyd edək ki, bu yaxınlarda sosial şəbəkələrdə daha bir erməni vandalizminin görüntüləri yayılıb. Ermənilər bu dəfə mühasirədə olan Leninqrad uşaqlarının xatirəsini təhqir etmək qərarına gəliblər.

Erməni vandalı çələnglərdən Rusiya bayrağının təsviri olan lentləri necə çıxarıb yerə atıb və ayaqları altında tapdalayıb. Daha sonra o, çələngləri çevirərək mühasirəyə alınan uşaqları “faşist” adlandırıb və “bu hadisəni təsdiq edən heç bir sənəd olmadığını” iddia edib.

AzVision.az


Teqlər:





Xəbər lenti