Coca-Cola 2020-ci ildən bəri ilk dəfə: Yeni dad gəlir

   Coca-Cola 2020-ci ildən bəri ilk dəfə:    Yeni dad gəlir
  08 Fevral 2024    Oxunub:966
Coca-Cola spiced adlanan yeni qalıcı ləzzəti elan edib. CNN xəbər verir ki, şirkət içkidə orijinal kola, moruq və ədviyyatların dadı birləşəcək.
Yeni ləzzət ABŞ və Kanadadakı mağazalarda fevralın 19-da təqdim olunacaq.

CNN-in məlumatına görə, yeni dad iki variantda olacaq - şəkərsiz və klassik.

Coca-Cola hazırda üç çeşiddə içki satır: orijinal, albalılı və vanilli. Ən son satışa çıxarılan vanilli kola idi.

Coca-Cola-nın Şimali Amerika üzrə Marketinq üzrə vitse-prezidenti Suyu Linn Ça bildirib ki, yeni ləzzət içki kateqoriyasındakı tendensiyalara uyğundur və daha cəsarətli, kəskin dadlar istəyən istehlakçıların təlabatına cavab verir.

O, istehlakçıların ədviyyatlı içkiləri sınamaq istəyinin artdığını deyib və əlavə edib ki, moruq dadı Coca-Cola Freestyle sodasında çox populyarlaşıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti