İrəvanın Rusiyadan aldığı avtobusların 50%-i nasaz çıxıb

   İrəvanın Rusiyadan aldığı avtobusların    50%-i nasaz çıxıb
  08 Fevral 2024    Oxunub:1030
İrəvan meriyasının nəzdində fəaliyyət göstərən “Yerevan Bus” QSC-nin balansında olan 100 “QAZel” avtobusundan hazırda 43-ü istifadə olunmur.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq İrəvan meriyasından məlumat verilib.

"İrəvan Bus" QSC-nin balansında 100 "QAZel" markalı avtomobil var ki, onlardan 57-si hazırda istismardadır. Sürət qutuları ilə bağlı texniki problemlər əsasən "QAZel" modellərində yaranır. Hazırda 43 avtobus məhz bu problem səbəbindən istifadə olunmur. Lakin onlar mütəmadi olaraq təmir olunurlar”, - meriyanın məlumatında deyilir.

Qeyd edək ki, son vaxtlar İrəvan sakinləri meriyanın marşrut xətlərinə buraxdığı Çinin “Zhong Tong” markalı avtobuslarının və Rusiyanın kiçik sinifli “QAZel” avtobuslarının çatışmazlığından şikayətlənirlər.

Avtobus sürücüləri isə vətəndaşlarla söhbətlərində yene nəqliyyat vasitələrində avadanlıqların nasazlığını bəhanə gətirirlər. Sürücülər bu səbəbdən uzun fasilələrlə işləməyə başlayıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   İrəvan  





Xəbər lenti