Blinken əsir mübadiləsi ilə bağlı danışıqlar aparır

   Blinken əsir mübadiləsi ilə bağlı danışıqlar aparır
  08 Fevral 2024    Oxunub:792
ABŞ Dövlət katibi Antoni Blinken İsrailin hərbi kabinetinin üzvləri ilə görüş keçirib.
AzVision.az xəbər verir ki, keçmiş komandirlər Qadi Ayzenkot və Beni Qants ilə görüşən Blinken Qəzza zolağında saxlanılan əsirlərin azadlığa buraxılması yolları barədə müzakirə aparıblar.
İsrail Rəfəhə doğru hücuma keçir

ABŞ rəsmisi dünən Baş nazir Benyamin Netanyahu ilə də görüşmüş, HƏMAS-ın atəşkəs planı ilə bağlı danışıqlar aparmışdı. Netanyahu həmin plana rədd cavabı verərək, əməliyyatların Rəfəhə doğru irəliləcəyini vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   ABŞ   Blinken  





Xəbər lenti