Haitidə etirazlar: 6 ölü - VİDEO

   Haitidə etirazlar:    6 ölü - VİDEO
  08 Fevral 2024    Oxunub:799
Haitidə Baş nazir Ariel Henrinin istefası tələbi ilə iğtişaş başlayıb.
AzVision.az xəbər verir ki, paytaxt Port-o-Prens və digər bir çox şəhərdə minlərlə insanın iştirakı ilə baş tutan aksiyalar zamanı nümayişçilərlə hüquq-mühafizə qüvvələri arasında toqquşmalar meydana gəlib.

Polisin açdığı atəş nəticəsində 6 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Baş nazir Henri 2021-ci il iyulun 7-də prezident Jovenel Moizin qətlə yetirilməsinin ardınca vəzifəyə gəlib. 2022-ci ilin dekabrında imzalanan müqaviləyə əsasən, o, seçki keçirməli və hakimiyyəti yeni kabinetə təhvil verməli idi. Müqavilənin şərtini pozan nazirin "milli birlik hökuməti" quracağı bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Haiti   etiraz   aksiya  





Xəbər lenti