Argentinada abort cinayət sayıla bilər

Argentinada abort cinayət sayıla bilər
  08 Fevral 2024    Oxunub:1142
Argentina prezidenti Xavyer Mileyin rəhbərlik etdiyi ifrat sağçı “Freedom Comes” koalisiyası ölkədə abortun qadağan edilməsi ilə bağlı qanun layihəsi təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə “Nacion” qəzeti məlumat yayıb. Nəşr bununla bağlı müvafiq sənədi dərc edib.

Qeyd olunur ki, qanun layihəsində abort cinayət kimi müəyyən edilib. Burada 1921-ci ildə ölkənin cinayət məcəlləsində abort üçün nəzərdə tutulan cəzaların demək olar ki, eynisi göstərilib.

Abort edənlər bunu qadının razılığı ilə həyata keçirərsə, bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar. Abort qadının ölümü ilə nəticələnərsə, maksimum cəza altı ilədək artırılacaq”.

Əgər hamilə qadının razılığı olmadan abort edilirsə, cəza daha ağır olacaq - üç ildən on ilədək həbs. Bu əməliyyat qadının ölümünə səbəb olarsa, həbs müddəti 15 ilə qədər artacaq.

Qanun layihəsi həmçinin aborta gedən qadınları da cəzalandıracaq. Buna görə xəstə üç il müddətinə azadlıqdan məhrum edilə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Argentina  





Xəbər lenti