ABŞ hava limanında İkinci Dünya Müharibəsindən qalma bomba tapılıb

   ABŞ hava limanında İkinci Dünya Müharibəsindən qalma bomba tapılıb
  08 Fevral 2024    Oxunub:1006
ABŞ-ın Florida ştatındakı hava limanında İkinci Dünya Müharibəsindən qalma 500 kiloqramlıq bomba tapılıb
AzVision.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Bomba regional hava limanında təmir işləri aparılan zaman aşkar edilib. Ərazini qazan tikinti işçiləri polisə zəng edərək tapdıqları barədə məlumat veriblər. Gələn ekspertlər qeyd ediblər ki, mərmi pis vəziyyətdədir, ona görə də onun təhlükəli olub-olmadığını gözləri ilə müəyyən etmık mümkün deyil.

Ehtiyat tədbiri olaraq, polis aşkar edilmiş cihazdan bütün istiqamətlərdə təxminən bir kilometr ərazini boşaldıb və nəqliyyatın hərəkətini bağlayıb.

Minatəmizləmə qrupu tapılan bombanın 1939-cu ildən istehsal edilən Mark 65 olduğunu müəyyən edib. Həmçinin məlum olub ki, mərmi hərəkətsizdir və buna görə də insanlar üçün təhlükəsizdir.

Bombaların aşkar edildiyi hava limanı əvvəllər II Dünya Müharibəsi bombardmançılarının təlim keçdiyi "Brooksville" Ordu Aerodromu olub.

AzVision.az


Teqlər:





Xəbər lenti