Gürcüstan parlamenti yeni hökumətə etimad göstərdi

   Gürcüstan parlamenti yeni hökumətə etimad göstərdi
  08 Fevral 2024    Oxunub:1196
Gürcüstan parlamenti Gürcüstanın baş naziri postuna namizəd kimi İrakli Kobaxidzeyə etimad göstərib. 84 deputat etimad səsverməsinin lehinə, 10-u əleyhinə səs verib.
Bundan əlavə, parlament Kobaxidzenin təmsil etdiyi Nazirlər Kabinetini və “Avropa dövlətinin qurulması üçün” hökumət proqramını dəstəkləyib.

Nazirlər yalnız baş nazir səlahiyyətlərini almış Kobaxidze onların təyinatı ilə bağlı sərəncamlar imzaladıqdan sonra öz vəzifələrini tutacaqlar.

Nazirlər Kabinetində yalnız bir yeni sima var - müdafiə naziri postuna namizəd İrakli Çikovani.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti