"Rusiya NATO-ya daxil olmaq istəyib, amma..." - Putinin gündəm müsahibəsi (VİDEO)

   "Rusiya NATO-ya daxil olmaq istəyib, amma..." -    Putinin gündəm müsahibəsi (VİDEO)
  09 Fevral 2024    Oxunub:1078
SSRİ-nin dağılmasından sonra Rusiya NATO ilə qarşılıqlı əlaqə və müttəfiqlik gözləyirdi lakin bu baş vermədi.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib. 2 saat 7 dəqiqə 18 saniyə davam edən müsahibə TCN (Tucker Carlson Network) saytında dərc edilib.

Putin qeyd edib ki, hələ Sovet İttifaqı dağılmamışdan əvvəl Almaniyanın birləşməsinə kömək etmək üçün Avropada yeni təhlükəsizlik sistemi yaratmaq və ABŞ, Kanada, Rusiya və digər Avropa ölkələrini əhatə edəcək sistem formalaşdırmaq lazım idi. Putin qeyd edib ki, NATO-nun genişlənməsi hər şeyin soyuq müharibənin şərtlərinə bənzəməsinə gətirib çıxardı.

“Bizə söz verilmişdi ki, NATO şərqə doğru genişlənməyəcək. Belə ki, artıq beş dəfə genişlənmə olub. Hər şeyə göz yumduq. Onları inandırmağa çalışdıq. Dedik: “Zəhmət olmasa. Biz də sizin kimi burjuayıq. Bizdə bazar iqtisadiyyatı var. Və artıq Kommunist Partiyası yoxdur. Gəlin əməkdaşlıq edək”.

Rusiya prezidenti Karlsona bildirib ki, 2000-ci ildə dövlət başçısı seçildikdən sonra o, Qərb ölkələri ilə münasibətləri yaxşılaşdırmağa, o cümlədən ABŞ-ın keçmiş prezidenti Bill Klintonla söhbətində Rusiyanın NATO-ya daxil olması məsələsini müzakirə etməyə çalışıb. Əvvəlcə Klinton bu fikri dəstəkləyib, lakin sonradan fikri dəyişib. Putin qeyd edib ki, o, rədd cavabı alıb, baxmayaraq ki, müsbət cavab yaxınlaşmağa kömək edə bilərdi.

“Əgər o, “hə” desəydi, yaxınlaşma prosesi başlayardı və nəhayət, tərəfdaşların bunu etmək üçün səmimi istəyini görsəydik, bu baş verə bilərdi. Amma bununla da bitmədi”, - deyə o bildirib.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti