Rusiya: "Gec-tez Kiyevlə razılığa gələcəyik"

  Rusiya:    "Gec-tez Kiyevlə razılığa gələcəyik"
  09 Fevral 2024    Oxunub:1218
Rusiya və Ukrayna gec-tez razılığa gələcəklər, istənilən halda bu xalqlar arasında münasibətlər bərpa olunacaq. Hərçənd bunun üçün xeyli vaxt tələb olunur.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Taker Karlsona müsahibəsində deyib. Putinin müsahibəsi Kremlin saytında dərc olunub.

"Ukraynadakı çevriliş MKİ-nin dəstəyi ilə olub" - Putin
"Ukraynadakı sonsuz səfərbərlik, isteriya, daxili problemlər... Onsuz da gec-tez razılığa gələcəyik. Bilirsiz necə? Bugünkü situasiyada bu hətta qəribə səslənə bilər: onsuz da xalqlar arasında münasibətlər bərpa olunacaq. Bu xeyli vaxt aparacaq, amma proses bərpa olunacaq", - O qeyd edib.

Onun sözlərinə görə, 2022-ci ildə Ukrayna ilə danışıqlar demək olar ki, başa çatıbmış. Lakin rus qoşunları Kiyevdən çıxarıldıqdan sonra Ukrayna tərəfi bütün razılaşmaları “pozub”.

Putin əlavə edib ki, Vladimir Zelenski daha da irəli gedərək hər kəsə Rusiya ilə danışıqlar aparmağı qadağan edib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti