Qəzzada ölənlərin sayı 28 minə yaxınlaşır

   Qəzzada ölənlərin sayı 28 minə yaxınlaşır
  09 Fevral 2024    Oxunub:872
Qəzza zolağında müharibə qurbanlarının hazırkı sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Oktyabrın 7-dən bəri başlayan müharibə nəticəsində ölənlərin sayının 27947-ə çatdığı bildirilir. Xəsarət alanların sayı isə 67459 göstərilir.

Sutka ərzində Qəzzada 107 nəfərin qətlə yetirildiyi, 142 nəfərin yaralandığı diqqətə çatdırılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   müharibə   qurbanlar  





Xəbər lenti