"Meta" Xameneinin hesablarını bağladı

   "Meta" Xameneinin hesablarını bağladı
  09 Fevral 2024    Oxunub:1015
İran müxalifətinin və İsrail tərəfdarlarının çoxsaylı müraciətlərinə əsasən, İranın ali dini lideri Ayətullah Əli Xameneinin ingilis və fars dillərindəki "Instagram" hesabları bağlanıb.
AzVision.az şirkətin məlumatına istinadən xəbər verir ki, İran rəhbərinin hesabları platformanın "təhlükəli təşkilatlar və şəxslərlə bağlı siyasətinin dəfələrlə pozulmasına görə" bloklanıb.

Farsdilli hesabın 5,1 milyon, ingiliscə hesabın isə 200 mindən artıq izləyicisi var idi.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   lider   instaqram   hesab  





Xəbər lenti