Rusiya XİN Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayıb

   Rusiya XİN Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayıb
  09 Fevral 2024    Oxunub:891
Rusiya Azərbaycanda prezident seçkilərinin uğurla keçirilməsini alqışlayır.
AzVision.az -ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ən yüksək səviyyədə üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsinə sadiqdir”, - bəyanatda qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti