“Netanyahu etibarlı lider deyil” - Klinton

   “Netanyahu etibarlı lider deyil” -    Klinton
  09 Fevral 2024    Oxunub:978
ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton İsrailin Baş nazirinin siyasətinin əleyhinə danışaraq, onu vəzifəsindən getməyə dəvət edib.
AzVision.az xəbər verir ki, Klinton bu barədə “MSNBC”yə müsahibəsi zamanı deyib:


“Netanyahu getməlidir. O, etibarlı lider deyil. Buna görə də 7 oktyabr hücumu məhz onun hakimiyyəti dövründə baş verdi”.

Sabiq dövlət katibi bununla belə İsrail dövlətinin Qəzza zolağındakı siyasətini müdafiə edib:

“Təcavüzkarla necə başa çıxmaq olar?! Biz onları dayandırmalıyıq”.

AzVision.az



Teqlər:





Xəbər lenti