Netanyahu sakinlərin Rafahdan təxliyəsini planlaşdırmağı tapşırıb

Netanyahu sakinlərin Rafahdan təxliyəsini planlaşdırmağı tapşırıb
  09 Fevral 2024    Oxunub:991
İsrailin Baş naziri Benyamin Netanyahu Müdafiə Nazirliyinə HƏMAS-ın daha dörd batalyonunun qaldığı Qəzza zolağının cənubundakı Rafahdan əhalinin təxliyəsi planını təqdim etməyi əmr edib.
AzVision.az xəbər verir ki, bu barədə “The Times of Israel” Baş nazirin ofisinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, HƏMAS-ın qalan dörd batalyonunu sıradan çıxarmadan Qəzza zolağında münaqişənin məqsədlərinə nail olmaq mümkün deyil. “Rafahdakı genişmiqyaslı əməliyyat mülki şəxslərin döyüş bölgəsindən təxliyəsini tələb edir”, - ofisdən bildirilib.

Bu səbəbdən Netanyahu müdafiə strukturlarına əhalinin təxliyəsi və HƏMAS batalyonlarının ləğvi ilə bağlı ikili planı Nazirlər Kabinetinə təqdim etməyi tapşırıb.

Bundan əvvəl o, İsrail hərbçilərinin Rafahda döyüşlərin başlamasına hazırlaşmaq üçün ölkə hakimiyyətindən təlimat aldığını bildirmişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti