Nəvaz Şərif özünü Pakistanda keçirilən parlament seçkilərinin qalibi elan edib

Nəvaz Şərif özünü Pakistanda keçirilən parlament seçkilərinin qalibi elan edib
  09 Fevral 2024    Oxunub:1058
Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının lideri, bir neçə dəfə ölkənin baş naziri olmuş Nəvaz Şərif özünü parlament seçkilərinin qalibi elan edib.
Bu barədə AzVision.az Pakistan KİV-ə istinadən xəbər verir.

Lahordakı iqamətgahı qarşısında tərəfdarlarına müraciət edən siyasətçi həmçinin yeni koalisiya hökuməti qurmağa hazır olduğunu bildirib.

N.Şərifin sözlərinə görə, onun partiyası seçkilərdə ən böyük siyasi partiya olub.

AzVision.az



Teqlər:





Xəbər lenti