Delimitasiya üzrə komissiyaların yaxın vaxtlarda görüşü təşkil ediləcək

Delimitasiya üzrə komissiyaların yaxın vaxtlarda görüşü təşkil ediləcək
  10 Fevral 2024    Oxunub:1134
“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyalarının yaxın vaxtlarda növbəti görüşü təşkil ediləcək”.
Bu barədə Ermənistan hökumətinin baş nazirinin müavini Mqer Qriqoryan məlumat yayıb.

“Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, yaxın vaxtlarda onu təşkil edəcəyik”, - deyə Qiqoryan bildirib.

“Bizim hər iki ölkə tərəfindən təsdiq edilmiş iş prosedurumuz var. Rəsmi olaraq dərc olunan çərçivədə görüşlərin nəticələri barədə məlumat verəcəyimiz barədə razılaşmamız var”, - baş nazirin müavini əlavə edib.
AzVision.az



Teqlər:





Xəbər lenti