Hindistanda insident: 5 ölü

Hindistanda insident:    5 ölü
  10 Fevral 2024    Oxunub:986
Hindistanın Uttarakhand əyalətinin Haldvani şəhərində icazəsiz tikilmiş mədrəsə və məscidin sökülməsinə qarşı etiraz nümayişlərində 5 nəfər həyatını itirib.
AzVision.az xəbər verir ki, tikililəri sökmək üçün hərəkətə keçən rəsmilər və polis qərara reaksiya verən minlərlə insanın etirazı ilə qarşılaşıb.

Toqquşmalarda 5 nəfər ölüb, 150-dən çox polis əməkdaşı ağır yaralanıb. Çox sayda insan da müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Əyalət üzrə polis rəisi Abhinav Kumarın sözlərinə görə, hazırda şəhərdə gərgin vəziyyət nəzarət altına alınıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Hindistan   hadisə  





Xəbər lenti