Ərdoğandan AK Partiya seçki kampaniyasına hücumla bağlı AÇIQLAMA

   Ərdoğandan AK Partiya seçki kampaniyasına hücumla bağlı    AÇIQLAMA
  10 Fevral 2024    Oxunub:1215
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən silahlı hücumla bağlı açıqlama verib.
Prezident Ərdoğanın açıqlamasında deyilir:
İstanbulda seçki kampaniyasına silahlı hücum: 1 yaralı - FOTO / VİDEO

"AK Partiya və Cümhur İttifaqının Küçükçekmece bələdiyyə sədrliyinə namizədi Əziz Yeniayın seçki kampaniyası zamanı həyata keçirilən silahlı hücumu qınayır, ağır yaralanan vətəndaşımıza şəfa diləyirəm.

Hücumla bağlı hərtərəfli təhqiqat dərhal başladılıb. Seçki prosesinin sağlam və demokratik amallarımıza uyğun şəkildə irəliləməsini həzm edə bilməyənlərin mənfur cəhdlərinin prosesə ziyan yetirməsinə qətiyyən imkan verməyəcəyik.

Demokratiyamıza, birliyimizə, həmrəyliyimizə yönəlmiş istənilən hücum məqsədinə çatmayacaq".

AzVision.az


Teqlər:   İstanbul   hücum  





Xəbər lenti