Norveç Qaçqınlar Şurası: "Qəzzada insanlar çarəsizdir"

   Norveç Qaçqınlar Şurası:    "Qəzzada insanlar çarəsizdir"
  10 Fevral 2024    Oxunub:1417
"Qəzza zolağında evlərin təxminən 60%-indən çoxu dağıdılıb".
AzVision.az xəbər verir ki, bu sözləri Norveç Qaçqınlar Şurasının vəkili Yusif Həmmaş "Al Jazeera"ya söyləyib.

O bildirir ki, "4 aydan artıq məcburən şəhər-şəhər dolanan sakinlər artıq çarəsiz vəziyyətdədirlər".

"Artıq başa düşürlər ki, Qəzzada onlar üçün artıq təhlükəsiz yer qalmayıb. Rəfəhdəki insanlar İsrail tankları və Misir sərhədi arasında sıxışıblar", - vəkil deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzz   qaçqınlar  





Xəbər lenti