Niderlandın keçmiş Baş naziri və xanımı evtanaziya olunublar

   Niderlandın keçmiş Baş naziri və xanımı evtanaziya olunublar
  10 Fevral 2024    Oxunub:1455
1977-1982-ci illərdə Niderlandın Baş naziri vəzifəsində çalışmış Dris fan Axt və həyat yoldaşı Ejeni birlikdə evtanaziya ediliblər.
AzVision.az xəbər verir ki, hər ikisi 93 yaşını tamamladıqdan 3 gün sonra - fevralın 5-də bir-birinin əlindən tutaraq, evtanaziya üsulu ilə canlarını tapşırıb.

Məlumata görə, Niderlandda həyatlarını bu üsulla birlikdə başa vurmağı seçən cütlüklərin sayı ildən-ilə artır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Niderland   baş-nazir   evtanaziya  





Xəbər lenti