Türkiyədə dəhşət: Hamilə qadın və 2 uşağı öldürülüb

   Türkiyədə dəhşət:    Hamilə qadın və 2 uşağı öldürülüb
  10 Fevral 2024    Oxunub:1600
Türkiyənin Hatay əyalətinin İskəndərun şəhərində itkin düşmüş hamilə qadın və 2 uşağının güllələnərək qətlə yetirildiyi və torpağa basdırıldığı üzə çıxıb.
AzVision.az xəbər verir ki, fevralın 6-da yeddiaylıq hamilə Səlma Abacı (33), uşaqları Səid Kərim (2) və Həmzə Azaddan (1) xəbər ala bilməyən yaxınları bu barədə jandarm qüvvələrinə bildirib.

Müraciətlə bağlı aparılan təhqiqat nəticəsində ana və uşaqlarının cəsədləri meşə ərazisində torpağa basdırılmış halda tapılıb.

Hadisə ilə bağlı 1 şübhəli saxlanılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   hadisə   qətl  





Xəbər lenti