Konqres Türkiyəyə “F-16”ların satışını təsdiqlədi

      Konqres Türkiyəyə “F-16”ların satışını təsdiqlədi
  11 Fevral 2024    Oxunub:980
ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib.
Bu barədə Amerikanın Türkiyədəki səfiri Cefri Fleykin bəyanatında deyilir: “Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş “F-16” təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin “F-16” donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”.

AzVision.az


Teqlər:





Xəbər lenti