Dağıstanda 22 yaşlı idmançı məğlub olduqdan sonra yoxa çıxıb

   Dağıstanda 22 yaşlı idmançı məğlub olduqdan sonra yoxa çıxıb
  11 Fevral 2024    Oxunub:1187
Şimali Osetiyadan olan 22 yaşlı idmançı Anna Tsomartova Dağıstanda Muay Tay turnirində uğursuz çıxışından sonra yoxa çıxıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Dağıstan üzrə İdarəsi məlumat yayıb. Qızı dünən, fevralın 10-da Xəzər dənizi yaxınlığında görüblər. Bundan sonra Tsomartovanın harada olması barədə məlumat yoxdur. Hazırda idmançının axtarışları davam edir.

"Digər şahidlər də onun maşına mindiyini görüblər, lakin bu versiya təsdiqlənməyib",- nazirliyin nümayəndəsi deyib.

Tsomartova məğlubiyyətdən sonra depressiyaya düşübmüş. İdmançı evdən çıxanda telefonunu, şəxsi əşyalarını və bank kartını götürməyib.

Anna Tsomartova Rostov Hüquq Universitetinin tələbəsidir. Qızın ailəsi onun son 10 ildə ilk dəfə uduzduğunu bildirib. Anna əvvəllər heç vaxt itkin düşməyib və daim əlaqə saxlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti