"Ermənistanın NATO-ya daxil olması məsələsi gündəmdə deyil"

   "Ermənistanın NATO-ya daxil olması məsələsi gündəmdə deyil"
  11 Fevral 2024    Oxunub:985
"Ermənistanın NATO-ya daxil olması məsələsi gündəmdə deyil".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində bildirib və Ermənistanın Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcəyini və mövcud razılaşmalardan imtina etməyi planlaşdırmadığını vurğulayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü statusunu qoruyub saxlayır, eyni zamanda NATO ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirir ki, bu da alyansa daxil olmağı nəzərdə tutmur.

“Keçmişdə bizim NATO ilə fərdi fəaliyyət planımız var idi, indi o, əməkdaşlıq proqramına çevrilib”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti