Ərdoğan BƏƏ və Misirə səfər edəcək

Ərdoğan BƏƏ və Misirə səfər edəcək
  12 Fevral 2024    Oxunub:1116
Prezident Ərdoğan fevralın 12-13-də Birləşmiş Ərəb Əmirliklərinə, fevralın 14-də isə Misirə rəsmi səfər edəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan fevralın 13-də Dubayda keçiriləcək Dünya Hökuməti Zirvə toplantısına “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusu ilə fəxri qonaq qismində qatılacaq.

Sammit çərçivəsində prezidentin iştirakçı ölkələrdən olan həmkarları, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə ikitərəfli görüşləri də gözlənilir.

Prezident Ərdoğanın Qahirəyə səfəri zamanı danışıqlarda Türkiyə ilə Misir arasında əlaqələrin inkişafı və yüksək səviyyəli ikitərəfli əməkdaşlıq mexanizmlərinin canlandırılması kontekstində atılacaq addımlar müzakirə olunacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti