Rusiya səfiri: "Yeni dəmir yolu marşurutu Zəngəzur dəhlizi məsələsini həll edəcək"

      Rusiya səfiri:    "Yeni dəmir yolu marşurutu Zəngəzur dəhlizi məsələsini həll edəcək"
  12 Fevral 2024    Oxunub:1160
Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni dəmir yolu marşrutu Zəngəzur dəhlizi ilə bağlı məsələni həll edəcək.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov “İzvestiya”ya müsahibəsində deyib.

“Keçən il Bakı və Tehran arasında İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair saziş imzalanıb. Orada 60 km bir yoldur. Artıq iş gedir”, - diplomat qeyd edib.

Onun sözlərinə görə, bu qərar həm Zəngəzur dəhlizi ilə bağlı problemi həll edəcək, həm də Rusiya Federasiyası üçün Türkiyəyə yüklərin daşınması üçün əlavə marşrut açacaq.

Evdokimov vurğulayıb ki, layihənin müəllifləri Rusiyadan Türkiyəyə yüklərin Azərbaycan, İran və Naxçıvan vasitəsilə daşınmasına imkan yaradacaq ikiqat yol - Avropa və Sovet yolu qurmağı planlaşdırırlar.

Qeyd edək ki, ötən il Türkiyə və Azərbaycan prezidentləri Avropanın enerji təchizatına töhfə vermək üçün nəzərdə tutulan İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyublar.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti