Finlandiya yeni prezidentini seçib

   Finlandiya yeni prezidentini seçib
  12 Fevral 2024    Oxunub:892
Milli Koalisiya Partiyasının üzvü, keçmiş Baş nazir (2014-2015) Aleksandr Stubb prezident seçkilərində rəqibi Pekka Haavistoya ikinci turda 51,6% səslə qalib gələrək ölkənin növbəti prezidenti seçilib.
AzVision.az xəbər verir ki, 55 yaşlı yeni dövlət başçısı bu vəzifəni həyatında "ən böyük şərəf" kimi qiymətləndirib.

Finlandiya parlamentinin deputatı, Yaşıllar Partiyasının üzvü, 2019-2023-cü illərdə ölkənin XİN rəhbəri Haavisto qələbə münasibətilə ona təbrikini çatdırıb.

Stubb seçkilərdən qabaq siyasətə qayıdışına səbəb kimi Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı çıxmaq istəyini göstərsə də, qələbənin ardınca "sülh mesajı" dilə gətirib.

"Yadda saxlamalıyıq ki, prezidentin əsas vəzifələrindən biri Finlandiyanın sülhməramlılığını bütün dünyaya göstəməkdir. Prezident kimi bu amalı həyata keçirəcəyəm", - o deyib.

Yeni prezident vəzifəsinə martın 1-də başlayacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Finlandiya   seçkilər   prezident  





Xəbər lenti