ABŞ-də doğuşların azalması uşaq bezi biznesini "vurdu"

ABŞ-də doğuşların azalması    uşaq bezi biznesini "vurdu"
  12 Fevral 2024    Oxunub:673
ABŞ-də uşaq bezlərinin satışı ölkədə doğum səviyyəsinin aşağı düşməsi fonunda xeyli azalıb.
AzVision.az xəbər verir ki, bu fikirlər Bloomberg-də dərc olunan məqalədəndir.

1990-cı ildən 2020-ci ilə qədər ABŞ-də doğumla bağlı statistika mənfiyə doğru dəyişib. Bu istiqamətda olan əmsal yarıdan çox azalaraq 60-dan aşağı düşüb. Qadınlar daha gec yaşlarda doğmağı seçirlər: 20-24 yaşlılar arasında doğum nisbəti son 30 ildə 43 faiz düşüb, 40-44 yaş arasında isə 132% artıb.

"Circana" araşdırma şirkətinin məlumatına görə, pərakəndə uşaq bezlərinin satışı 2023-cü ildə dördüncü ildir ki, ardıcıl olaraq 1% azalır. Bu isə ABŞ bazarının yarıdan çoxunu təşkil edən ən böyük istehsalçılar P&G və Kimberly-Clark üçün mənfi siqnaldır.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti