Kəndlilər Paşinyanın qərarına görə yolu bağladılar - VİDEO

Kəndlilər Paşinyanın qərarına görə yolu bağladılar  - VİDEO
  12 Fevral 2024    Oxunub:738
Ermənistanın Vardenis və Qeqarkunik bölgəsinin kənd sakinləri etiraz aksiyası keçiriblər. Onlar hakimiyyətin yerli pasport idarəsini bağlamaqla bağlı planlarına etiraz olaraq magistral yolu bağlayıblar.
Yerli media yazır ki, icma rəhbəri Aqaron Vardanyan aksiyanın keçirildiyi yerə gəlsə də etirazçıları sakitləşdirmək mümkün olmayəb.

Sonda Vardenis şəhəri və ətraf kəndlərdən gələn sakinlər vilayət qubernatoru Karen Sarkisyanın gəlişinə qədər yolun açılmasına razılıq veriblər.

Xatırladaq ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin respublika üzrə (o cümlədən Vardenisdə-red.) pasport şöbələrinin sayını azaltmaq, bir çox dövlət xidmətlərinin elektron formata ötürmək imkanlarını nəzərdən keçirdiyini söyləmişdi.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti