Ermənistanın məşhur türməsinin mühafizəçisi saxlanıldı

Ermənistanın məşhur türməsinin mühafizəçisi saxlanıldı
  12 Fevral 2024    Oxunub:702
Ermənistanın məşhur "Armavir" həbsxanasının mühafizəçisi saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Ədliyyə Nazirliyinin cinayət-icra xidməti məlumat yayıb. Qeyd edilir ki, o Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

"Fevralın 11-də saat 09:40 radələrində cəzaçəkmə müəssisəsinin kollektivi tərəfindən əməliyyat məlumatı əsasında müəssisənin mühafizə xidmətinin əməkdaşı X.M.-nin üzərinə baxış keçirilib. Nəticədə ondan 3 ədəd mobil telefon aşkar edilərək götürülüb", - məlimatda qeyd edilib.

X. M. tapılan telefonlardan birinin onun şəxsi telefonu olduğunu, digər ikisini isə rüşvət müqabilində məhbus M․G․-ə vermək istədiyini etiraf edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti