"Dünya yeni pandemiyaya hazır deyil" - ÜST

   "Dünya yeni pandemiyaya hazır deyil" -    ÜST
  12 Fevral 2024    Oxunub:830
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünyanın yeni pandemiyaya hazır olmadığını bildirib.
AzVision.az xəbər verir ki, o, bu barədə Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxışında deyib.

"COVID-19-un dərsləri yaddan çıxmış ola bilər, çünki dünya ictimaiyyətinin diqqəti hazırda digər böhranlara yönəlib", - o deyib.

Qebreyesusun sözlərinə görə, bəşəriyyət gec, ya da tez yeni naməlum "X xəstəliyi" ilə üzləşəcək və buna indidən hazırlaşmaq lazımdır.

Qebreyesus yeni pandemiyanın qrip virusu və ya koronavirus, yaxud haqqında hələ bilmədiyimiz yeni patogen tərəfindən törədilə biləcəyini qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti