ABŞ prezidenti vəzifəsini kimin icra edə biləcəyi məlum olub

   ABŞ prezidenti vəzifəsini kimin icra edə biləcəyi məlum olub
  12 Fevral 2024    Oxunub:820
ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident Co Baydenin koqnitiv qabiliyyətləri ilə bağlı artan narahatlıqlar fonunda onu əvəz etməyə hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, bu barədə vitse-prezidenti "Wall Street Journal"a müsahibəsində deyib.

“Mən xidmət etməyə hazıram. Buna heç bir şübhə yoxdur”, - Harris vurğulayıb.

Qeyd olunur ki, Harris bu barədə xüsusi prokuror Robert Heurun Baydenin məxfi sənədlərlə işləməsinə dair "hazırki 81 yaşlı kişinin əqli kəskinliyi ilə bağlı narahatlıqları artırıb" hesabatının dərcindən bir neçə gün əvvəl qəzetə müsahibəsində deyib. Nəşr vurğulayır ki, hesabatdakı tapıntılar "59 yaşlı Harrisə diqqəti artırıb".

Qeyd edək ki, Bayden prokurorun araşdırması zamanı aşkar edilən yaddaş problemlərinə görə məxfi sənədlərin düzgün saxlanmamasına görə məsuliyyət daşımayacaq.

Bu halları nəzərə alaraq, xüsusi ittihamçı belə qənaətə gəlib ki, məxfi sənədlərin saxlanmasında aşkar edilmiş pozuntular qəsdən qanunu pozmağa cəhd kimi deyil, “günahsız səhv” kimi qiymətləndirilməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti