Zibil qutusunu qarışdıran pensiyaçı 10 ev aldı

   Zibil qutusunu qarışdıran pensiyaçı 10 ev aldı
  12 Fevral 2024    Oxunub:1317
Almaniyada zibillikləri dolaşan 80 yaşlı təqaüdçü 700 min avroya qənaət edərək 10 ev almağı bacarıb.
AzVision.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazır.

Məqalədə deyilir ki, kişi Darmştadt şəhərində yaşayır və qoca dilənçiyə oxşayır. O, yeməyə ayda 5 avrodan çox pul xərcləmir, zibil qutularını qarışdırır və zibil yığır. Əvvəllər elektrik mühəndisi işləyib, indi isə 3600 avro pensiya alır və tamamilə hər şeyə qənaət edir. Soyuq olanda o, evini odun tullantıları ilə qızdırır və mobil telefonu yoxdur. Qocanın yeganə böyük xərci YouTube-da bizneslə məşğul olmaq və biznes mühazirələrinə baxmaq üçün internetə çıxışı olan noutbukdur.

Nəşrin yazdığına görə, kişi "Almaniyanın ən qəribə milyonçusu" adlanır.

Kasıb milyonçunun biznes modeli ev almaq və kirayə verməkdən ibarətdir. Bir müddət əvvəl o, 700.000 avro yığaraq onuncu evini aldı.

AzVision.az


Teqlər:





Xəbər lenti