Zelenski hərbi yardım üçün Avropaya gedəcək

   Zelenski hərbi yardım üçün Avropaya gedəcək
  13 Fevral 2024    Oxunub:956
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə yardımın ayrılmasını sürətləndirmək üçün bir sıra Qərbi Avropa ölkələrinə səfər etməyə hazırlaşır. Bu barədə Bloomberg məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ukrayna prezidenti Fransa və Almaniyaya səfər edəcək, lakin bu, hələlik rəsmi təsdiqini tapmayıb. Zelenskinin Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəyi bildirilir.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin sursat ehtiyatları azaldığı üçün Zelenski Qərb ölkələrindən yardımın daha sürətli ötürülməsini əsaslandırmağa çalışacaq. Bloomberg həmçinin iddia edir ki, Ukrayna prezidenti G7 ölkələrindən təhlükəsizlik zəmanəti təqdim edilməsində israrlı olacaq.

Fevralın 12-də bildirilib ki, Qərbdən tədarükün gecikməsi səbəbindən Ukraynada “pis əhval-ruhiyyə” hiss olunur. Bu qənaətə Bundestaqın Yaşıllar Partiyasından olan vitse-prezidenti Katrin Gering-Ekkardt Kiyevə səfərindən sonra gəlib.

Elə həmin gün Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev Berlinlə təhlükəsizlik zəmanəti haqqında sənədin ilk fürsətdə imzalanacağını bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti