İran dənizdən buraxılan ballistik raketi sınaqdan keçirdi

   İran dənizdən buraxılan ballistik raketi sınaqdan keçirdi
  13 Fevral 2024    Oxunub:1055
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilk dəfə gəmi əsaslı uzaq mənzilli ballistik raketini buraxıb.
Bu barədə SEPAH qüvvələrinin komandanı Hüseyn Salami bildirib.

O qeyd edib ki, uğurlu sınaq SEPAH-ın döyüş qabiliyyətini xeyli artırıb.

“SEPAH Aerokosmik Qüvvələri və SEPAH Hərbi Dəniz Qüvvələrinin birgə işi çərçivəsində döyüş gəmisindən uzaqmənzilli ballistik raket uğurla buraxılıb”- Hüseyn Salami mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu cür silahlarla SEPAH dünyanın müxtəlif bölgələrində istənilən mövqeni vura biləcək.

Tehran İraq və Suriyadakı mövqeləri vurmaq üçün ballistik raketlərdən istifadə edib. Xüsusilə, yanvarın 16-da İranın Kirman şəhərində yanvarın 3-də törədilən terror aktına cavab olaraq, SEPAH Suriyadakı İslam Dövləti yaraqlılarının mövqelərinə hücum edib. Partlayışlar nəticəsində 84 nəfər həlak olub, daha 284 nəfər yaralanıb.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti