İsraildə insan haqları təşkilatları Qəzzada atəşkəsə çağırır

   İsraildə insan haqları təşkilatları Qəzzada atəşkəsə çağırır
  13 Fevral 2024    Oxunub:1153
Təşkilatlar əməliyyatları dərhal dayandırmaq və Qəzza zolağında saxlanılan əsirləri sərbəst buraxmaq barədə bəyanat yayıb.
AzVision.az xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatının İsrail qrupu və İsrail Vətəndaş Hüquqları Assosiasiyasının bəyanatında mülki şəxslərə humanitar yardımın maneəsiz çatdırılmasına şərait yaradılması zərurəti də vurğulanıb.

"Atəşkəs daha çox insan itkisinin qarşısını alacaq və misilsiz fəlakətin həlli üçün humanitar yardıma əlçatanlığı asanlaşdıracaq. Beynəlxalq ictimaiyyəti insan hüquqları və mülki şəxslərin mühafizəsi ilə bağlı qanuni öhdəliyini yerinə yetirməyə çağırırıq", - bəyanatda bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Qəzza   atəşkəs  





Xəbər lenti