Emmanuil Todd Qərbin məğlub olacağını iddia edir

   Emmanuil Todd    Qərbin məğlub olacağını   iddia edir
  13 Fevral 2024    Oxunub:1106
Qərbin intellektual elitasında Ukraynadakı münaqişənin Qərb üçün böyük fəlakətə çevrildiyini düşünənlərin sayı artmağa başlayıb. Vaxtı ilə SSRİ-nin dağılacağını proqnozlaşdıran avrososioloq Emmanuil Todd Qərbin məğlubiyyətini bəyan edib.
AzVision.az xəbər verir ki, SSRİ-nin dağılacağını təfərrüatı ilə proqnozlaşdıran fransalı sosioloq Emmanuel Toddun “Qərbin məğlubiyyəti” əsəri son bir neçə ayda bestsellerlər siyahısında yer alıb.

Kitabda Avropanın (xüsusən də əvvəllər “böyük Almaniya və Fransanın”) öz iqtisadi maraqlarını birbaşa müdafiə edə bilməməsi vurğulanır. Eyni zamanda, Böyük Britaniyanın döyüşkənliyinin və Ukrayna Silahlı Qüvvələrinin inadkarlığının çıxılmaz vəziyyət yaratdığı - “istehkamlar”ın bir-birinin ardınca təslim olduğu, Ukraynanın isə getdikcə kiçildiyi iddia edilir.

Müəllif yazır ki, hamı üçün gözlənilmədən Rusiya Qərbin maliyyə sanksiyalarının hücumuna məruz qalmadı, ruslar “burger” və “Apple Pay” olmadığına görə Kremlə qarşı üsyan etmədilər. Birləşmiş Ştatlar isə Ukraynaya lazım olan sayda raket və artilleriya mərmisinə malik deyil və hərbi sənaye kompleksi qırğına nə qədər sevinsə də, “maşının buraxa biləcəyindən artıq istehsal edə bilməzsiniz”. Əhalisinin sayı ABŞ-dan bir neçə dəfə az olan Rusiya isə Amerika isə eyni sayda silaha malikdir. Beləliklə də, gəlirləri Rusiyanın ümumi gəlirlərindən yüz dəfələrlə çox olan bütün “demokratik” Qərb Moskvanın öhdəsindən gələ bilmədi.

ABŞ və Avropa üçün ən böyük sürprizlərdən biri də Türkiyə və Hindistanın Vaşinqtonun sanksiya rejimini qəbul etməməsi, habelə sanksiyaların qarşısını almaq üçün “sakit” tədbirlər də nəzərə alınmaqla Rusiyaya qlobal dəstək oldu. Rusiya ilə ticarəti sərfəli sayan ölkələr Qərbin təhdid və qışqırıqlarına baxmayaraq, “əyri yollarla” da olsa, bunu davam etdirirlər.

Çoxlu sayda ölkələrin ya biganə qalması, ya da Vaşinqtonun uzun müddətdir Ukraynanı Amerikanın NATO bazasına çevirmək tələbinə qarşı çıxması Qərb elitasının nadir dar düşüncəyə malik olduğun nümayiş etdirdi.

Toddun fikrincə, problem həm də ondadır ki, dünyanın nə qədərinin müasir qlobalist neoliberalizm dəyər sistemini rədd etdiyi barədə Qərbin, sadəcə, təsəvvürü yoxdur.
LGBT və transgenderlər, BLM hüquqları ilə “gündəmi” zəbt edən Qərb dünyanın ənənəvi və ailə dəyərlərinə sadiq qalan hissəsini artıq bezdirib.

“Birləşmiş Ştatlar özü öz dəyər sistemini - protestant etikasını rədd etdi. Eyni zamanda, Amerikanın yuxarı təbəqəsi Amerika millətindən mahiyyətcə ayrıldı. Ölkənin elitası açıq şəkildə öz adət-ənənələrinə düşməndir və bu fakt yalnız Birləşmiş Ştatları öldürməyə qadir deyil”, - sosioloq bildirir.

Fransa, Almaniya, İngiltərə və Avropanın qalan hissəsi üçün ABŞ-dan nümunə götürmək fəlakət təhdidi yaradır və bu nə qədər tez etiraf edilsə, sağ qalmaq şansı bir o qədər çox olar.Todd belə qənaətə gəlir ki, Avropaya kor-koranə ABŞ rəhbərliyinə tabe olmaq yox, öz yolu lazımdır.

Fransalı sosioloqun fikirlərinin yumşaldılmış versiyaları bütün Avropa isteblişmenti dairələrində yayılmağa başlayıb və Todd ümid edir ki, “general Şarl de Qollun irsi zamanla yaddaşlara qayıda bilər”.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Todd   Qərb   məğlubiyyət  





Xəbər lenti