Antalya su içində - FOTOLAR

   Antalya su içində -  FOTOLAR
  13 Fevral 2024    Oxunub:1265
Türkiyənin turizm şəhəri Antalyada leysan yağışlar nəticəsində daşqınlar yaşanıb. Bu barədə “Ekonomim” qəzeti yazır.
Nəşrin məlumatına görə, Antalyada ötən gecə başlayan yağış gecə saatlarında daha da şiddətlənib.

“Güclü yağış səbəbindən yollarda gölməçələr əmələ gəlib. Vətəndaşlar və nəqliyyat vasitələri yollarda hərəkət etməkdə çətinlik çəkib. Kənd yerlərində, bəzi məhəllələrdə evləri və iş yerlərini su basıb”, – qəzet yazır.

Qeyd olunur ki, yağış səbəbindən bəzi ərazilərdə nəqliyyat əlaqəsi kəsilib.

Çərşənbə axşamı günü Səhiyyə İdarəsinin qərarı ilə Aksu, Döşemealtı, Kəpəz, Konyaaltı və Muratpaşanın beş mərkəzi rayonunda təhsil dayandırılıb. Valilik selin vurduğu Kəpəzdə bir nəfərin öldüyünü açıqlayıb.









Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti