Abdullahian Qətərə gedib - FOTO

 Abdullahian Qətərə gedib -  FOTO
  13 Fevral 2024    Oxunub:1427
İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian regional səfəri çərçivəsində Suriya və Livanın ardınca Qətərə yollanıb.
AzVision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Abdullahiyan paytaxt Dohada həmkarı Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani, habelə dövlət başçısı əmir Təmim bin Həməd Al Sani ilə görüşüb.

Onlar ikitərəfli əlaqələrlə yanaşı Qəzza zolağında vəziyyətlə bağlı müzakirələr aparaq, atəşkəsin zərurətini vurğulayıblar.

İran rəsmisini səfərdə iqtisadiyyat naziri Ehsan Xanduzi müşayiət edir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   Qətər   səfər   görüş  





Xəbər lenti