Rəsmi Bakı İrəvanı hərbi eskalasiyalardan çəkinməyə çağırıb

   Rəsmi Bakı İrəvanı hərbi eskalasiyalardan çəkinməyə çağırıb
  13 Fevral 2024    Oxunub:921
Azərbaycan Xarici İşlər Nazirliyi son hərbi təxribatlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib.
XİN-dən AzVision.az -a verilən xəbərə görə, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır.

“Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan gələn təhlükəni aradan qaldırıb. Bu, sırf cavab tədbiri idi.

Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”, - məlumatda qeyd olunub.


AzVision.az



Teqlər:





Xəbər lenti