Şimali Makedoniya prezidenti Azərbaycanla münasibətləri müzakirə edib

Şimali Makedoniya prezidenti Azərbaycanla münasibətləri müzakirə edib
  13 Fevral 2024    Oxunub:1079
Şimali Makedoniya Türk Hərəkat Partiyasının lideri, Şimali Makedoniya Parlamenti Azərbaycan və Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan parlamentləri ilə parlamentlərarası qrupunun sədri Enes İbrahim və bu ölkənin siyasi quruluş və icmalararası əlaqələr nazirinin müavini, Türk Hərəkat Partiyasının sədr müavini Cabir Doko Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski ilə görüşüblər.
Bu barədə AzVision.az -a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Görüşdə partiyanın 2023-cü ildə gördüyü işlər, mövcud proseslər və Türk cəmiyyətinin hazırkı mövqeyi müzakirə edilib. Eyni zamanda Azərbaycanla əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin intensivliyi, əməkdaşlığın faydaları müzakirə olunub.
Qeyd edim ki, Enes ibrahim Balkanlarda müdafiə edən siyasətçilərdəndir. Qarabağ işğalda olduğu müddətdə daima onu gündəmə gətirib, Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edən partiya rəhbəri olub”.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti