ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyardlıq yardım paketini təsdiqlədi

   ABŞ Senatı Ukrayna, İsrail və Tayvana    95 milyardlıq yardım paketini    təsdiqlədi
  13 Fevral 2024    Oxunub:1559
Ukraynaya və ABŞ-nin Hind-Sakit Okean regionundakı tərəfdaşlarına, o cümlədən Tayvana yardımın təsdiqi ilə bağlı Konqresi aylardır tələsdirən prezident Co Bayden HƏMAS-ın oktyabrın 7-də hücumunun ardınca Qəzza zolağına humanitar yardımla yanaşı müttəfiq İsrail üçün də vəsait ayrılmasını istəmişdi.
AzVision.az xəbər verir ki, ABŞ Konqresinin yuxarı palatası Senatda səsə qoyulan yardım layihəsi Nümayəndələr Palatasına göndərilmək üçün 60 səs baryerini keçib.

Aşağı palata da layihəni təsdiqləyərsə, ən sonda prezident Bayden tərəfindən imzalanaraq qüvvəyə minəcək.

Paket Ukrayna üçün 61 milyard dollar, HƏMAS-a qarşı mübarizədə İsrail üçün 14 milyard dollar həcmində yardımı nəzərdə tutur. Ölkənin Hind-Sakit Okean regionundakı tərəfdaşlarını, eləcə də Tayvana dəstək vermək və Çinin təcavüzünün qarşısını almaq üçün isə 4,83 milyard ayrılıb.

Layihəyə əsasən, eyni zamanda, Qəzzada, Ukraynada və dünyanın digər münaqişə zonalarında mülki şəxslərə 9,15 milyard dollar humanitar yardım göstəriləcək.

Ukrayna prezidenti Volodimir Zelenski Senatın qərarını alqışlayaraq, təşəkkürünü bildirib.

"ABŞ-nin yardımı Ukraynada sülh və regionda sabitliyə böyük töhfədir. Bu bütün amerikalılar və azadlıqsevər insanları daha təhlükəsizlik, firavan gələcəyə aparır", - Zelenski "X" hesabında yazıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Senat   Ukrayna   İsrail   Tayvan   yardım  





Xəbər lenti