İran parlamentinin saytına haker hücumu olub

İran parlamentinin saytına haker hücumu olub
  13 Fevral 2024    Oxunub:1094
İranın hökumət mediası xəbər verir ki, bu gün “Xane-ye Mellət” və ya İCANA kimi tanınan parlamentin xəbər agentliyinin saytına haker hücumu edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, agentliyin internet saytı işləmir. Bununla yanaşı, Xalq Mücahidləri Təşkilatına yaxın haker qrupu İran parlamentinin serverlərinə də sızdığını bildirib. Sözügedən saytda Xalq Mücahidləri Təşkilatının rəhbərlərinin şəkilləri yüklənib.

Qeyd olunur ki, “Xane-ye Mellət" xəbər saytının sosial şəbəkələri isə bununla bağlı heç bir açıqlama verməyib.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti