İranda qaz kəmərində partlayış olub

   İranda qaz kəmərində partlayış olub
  14 Fevral 2024    Oxunub:941
İranın Bürucin şəhərində magistral qaz kəmərində partlayış baş verib.
Bu barədə “Mehr” agentliyi yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb. Nəticədə Halvay aşırımı ilə Beldaci şosesi arasında yanğın başlayıb. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Yanğın yerinə xilasedicilər və yanğınsöndürənlər gəlib. Bürucin şəhərinin meri Fətah Karemi bildirib ki, xətlərə qaz verilişi kəsilib. Onun sözlərinə görə, yanğın “borudakı qazın qalan həcmi tamamilə yanana qədər” davam edəcək. Hadisənin səbəbləri aydınlaşdırılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti